пятница, 3 апреля 2015 г.

Azərbaycan düzənlikləri



Azərbaycanın 40%-i düzənlikdir. Bura Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqları daxildir ki, bunun da əsas hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
Səthi akkumlyativ mənşəli çökmə süxurlarla örtülmüş , hamar Kür-Araz ovalığı aşağıdakı düzlərdən ibarətdir. Kürün sağ sahilində Gəncə-Qazax, Qarabağ, Mil, Muğan, Salyan; sol sahilində Şirvan, Cənub-Şərqi Şirvan.
Bundan başqa Böyük Qafqazın şimal-şərq yamacında – Şollar düzü, Qusar maili düzənliyi, cənubunda – Qanıx–Əyriçay vadisi, Acınohur-Ceyrançöl ön dağlığı, cənub-şərqində isə – Ələt tirəsi və Qobusan əraziləri yerləşib.
Azərbaycanda relyefin formalaşmasında aşağıdakı ekzogen qüvvələrin rolu böyükdür:
Denudasiya Böyük və Kiçik Qafqaz, Talış dağlarında sürətlə gedir. Arid denudasion relyef Qobustan, Acınohur-Ceyrançöl və Naxçıvanın Araz boyu düzənliklərində geniş yayılıb. Arid iqlim şəraitinin və yumşaq süxurların olması burada yarğan-qobu şəbəkəsinin geniş yayılmasına səbəb olmuşdur.
Akkumlyasiya Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalığında geniş yayılıb. Bu ovalıqların Xəzər sahili sahələrində dəniz dalğalarının təsiri ilə abrazion düzənliklər yaranıb.


Комментариев нет:

Отправить комментарий