пятница, 3 апреля 2015 г.

Düzənliklər



Yer səthinin hamar, nisbi hündürlük fərqi 200 m-dən artıq olmayan hamar sahələrinə düzənlik deyilir. Hündürlüyünə görə düzənliklər 3 yerə ayrılır:
1. Dəniz səviyyəsindən 200 m-ə qədər olan düzənliklərə ovalıq deyilir. Məs. Mesopotamiya, Amazon, Qərbi Sibir ovalığı və s. Bəzi ovalıqlar okean səviyyəsindən aşağıda yerləşir. Belə ovalıqlara çökəklik deyilir. Məs. Xəzəryanı, Turan, Kür-Araz ovalığı və s.
2. Mütləq hündürlüyü 200-500 m arasında olan düzənliklər yüksəklik və ya yüksək düzənliklər adlanır. Məs. Şərqi Sibir və s.
3. Hündürlüyü 500 m-dən çox olan düzənliklərə yayla deyilir. Məs. Orta Sibir, Dekan, Əhəqqar, Qiviana, Braziliya və s. Dünyanın ən böyük və ən hündür dağlıq yaylası Tibet dağlıq yaylasıdır (4500 m) .Yayla daha hamar olarsa- platoadlanır. Məs. Ust-Yurd platosu.
Mənşəyinə görə düzənliklər-akkumlyativ və denudasion olur.
a) Akkumlyativ düzənliklərin səthi az kələ-kötür olub, hündürlüyü 200 m-dən az olur. Axar suların, küləyin və buzlaqların fəaliyyəti ilə yaranan bu düzənliklər platformanın çökdüyü sahələrdə, çökmə süxurların gətirib çökdürülməsi nəticəsində yaranır. Akkumlyativ düzənliklər əsasən ovalıqları (çünki hündür olmurlar) əmələ gətirir. Məs. Amazon, Mesopotamiya, Hind-Qanq, Missipi, Turan və s. Çay çöküntülərinin çökək ərazilərdə toplanması nəticəsində allüvial düzənliklər yaranır. Məs. Kür-Araz ovalığı.
b) Denudasion düzənliklər platformanın qalxmış hissələrinin aşınması və parçalanması nəticəsində yaranır. Bu düzənliklər adətən qədim dağların yerində yarandığından nisbətən hündür olur və əsasən yaylalara çevrilir. Məs. Dekan, Qviana, Orta Sibir yaylaları. Denudasion düzənliklərdə xarici qüvvələrin təsiri ilə aşınma nəticəsində bərk süxurlardan ibarət olan dağlar qəribə formalar alır ki, bu cür relyef formalarına «Şahid dağlar» deyilir.
Bütün düzənliklər litosfer tavalarının mərkəzində, platformalarda yerləşir.
Səth quruluşuna görə düzənliklər-hamar, dalğavari, maili, qabarıq və batıq olur.

Комментариев нет:

Отправить комментарий