Düzənliklər dağlardan fərqli olaraq insanlar tərəfindən daha asan mənimsənilir. Ərazidə məskunlaşmaq üçün əlverişli şərait olması, düzən relyef infrastruktur qurmaq üçün asan olur. Bu da insanların xüsusi marağına səbəb olur.
суббота, 4 апреля 2015 г.
пятница, 3 апреля 2015 г.
Azərbaycan düzənlikləri
Azərbaycanın
40%-i düzənlikdir. Bura Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqları daxildir
ki, bunun da əsas hissəsi okean səviyyəsindən aşağıda yerləşir.
Səthi akkumlyativ mənşəli çökmə süxurlarla örtülmüş , hamar Kür-Araz ovalığı aşağıdakı düzlərdən ibarətdir. Kürün sağ sahilində Gəncə-Qazax, Qarabağ, Mil, Muğan, Salyan; sol sahilində Şirvan, Cənub-Şərqi Şirvan.
Bundan başqa Böyük Qafqazın şimal-şərq yamacında – Şollar düzü, Qusar maili düzənliyi, cənubunda – Qanıx–Əyriçay vadisi, Acınohur-Ceyrançöl ön dağlığı, cənub-şərqində isə – Ələt tirəsi və Qobusan əraziləri yerləşib.
Azərbaycanda relyefin formalaşmasında aşağıdakı ekzogen qüvvələrin rolu böyükdür:
Denudasiya Böyük və Kiçik Qafqaz, Talış dağlarında sürətlə gedir. Arid denudasion relyef Qobustan, Acınohur-Ceyrançöl və Naxçıvanın Araz boyu düzənliklərində geniş yayılıb. Arid iqlim şəraitinin və yumşaq süxurların olması burada yarğan-qobu şəbəkəsinin geniş yayılmasına səbəb olmuşdur.
Akkumlyasiya Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalığında geniş yayılıb. Bu ovalıqların Xəzər sahili sahələrində dəniz dalğalarının təsiri ilə abrazion düzənliklər yaranıb.

Düzənliklər

1. Dəniz səviyyəsindən 200 m-ə qədər olan düzənliklərə ovalıq deyilir. Məs. Mesopotamiya, Amazon, Qərbi Sibir ovalığı və s. Bəzi ovalıqlar okean səviyyəsindən aşağıda yerləşir. Belə ovalıqlara çökəklik deyilir. Məs. Xəzəryanı, Turan, Kür-Araz ovalığı və s.
2. Mütləq hündürlüyü 200-500 m arasında olan düzənliklər yüksəklik və ya yüksək düzənliklər adlanır. Məs. Şərqi Sibir və s.
3. Hündürlüyü 500 m-dən çox olan düzənliklərə yayla deyilir. Məs. Orta Sibir, Dekan, Əhəqqar, Qiviana, Braziliya və s. Dünyanın ən böyük və ən hündür dağlıq yaylası Tibet dağlıq yaylasıdır (4500 m) .Yayla daha hamar olarsa- platoadlanır. Məs. Ust-Yurd platosu.
Mənşəyinə görə düzənliklər-akkumlyativ və denudasion olur.
a) Akkumlyativ düzənliklərin səthi az kələ-kötür olub, hündürlüyü 200 m-dən az olur. Axar suların, küləyin və buzlaqların fəaliyyəti ilə yaranan bu düzənliklər platformanın çökdüyü sahələrdə, çökmə süxurların gətirib çökdürülməsi nəticəsində yaranır. Akkumlyativ düzənliklər əsasən ovalıqları (çünki hündür olmurlar) əmələ gətirir. Məs. Amazon, Mesopotamiya, Hind-Qanq, Missipi, Turan və s. Çay çöküntülərinin çökək ərazilərdə toplanması nəticəsində allüvial düzənliklər yaranır. Məs. Kür-Araz ovalığı.
b) Denudasion düzənliklər platformanın qalxmış hissələrinin aşınması və parçalanması nəticəsində yaranır. Bu düzənliklər adətən qədim dağların yerində yarandığından nisbətən hündür olur və əsasən yaylalara çevrilir. Məs. Dekan, Qviana, Orta Sibir yaylaları. Denudasion düzənliklərdə xarici qüvvələrin təsiri ilə aşınma nəticəsində bərk süxurlardan ibarət olan dağlar qəribə formalar alır ki, bu cür relyef formalarına «Şahid dağlar» deyilir.
Bütün düzənliklər litosfer tavalarının mərkəzində, platformalarda yerləşir.
Səth quruluşuna görə düzənliklər-hamar, dalğavari, maili, qabarıq və batıq olur.
Подписаться на:
Сообщения (Atom)